Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN



 
AnasayfaGüncel KonularGaleriSSSAramaKayıt OlGiriş yap
En son konular
»  Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Cuma Ara. 14, 2012 7:05 am tarafından AyMaRaLCaN

» Bir Sarkisin Sen
Cuma Ara. 14, 2012 7:03 am tarafından AyMaRaLCaN

» MerHaba MerHaba :)
Cuma Ara. 14, 2012 6:58 am tarafından AyMaRaLCaN

» Azerbaycan Yemekleri,Azerbaycan Yemek Kültürü,Azerbaycan Mutfağı
Cuma Ara. 14, 2012 6:49 am tarafından AyMaRaLCaN

» ORHAN AFACAN SIIRLERI Tas Atan Cocuklar
Cuma Kas. 30, 2012 7:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bu Mezarda Bir Garip Var
Cuma Kas. 30, 2012 3:51 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bizden Geriler (Gam Kasavet)
Cuma Kas. 30, 2012 3:49 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Benim Hayatım
Cuma Kas. 30, 2012 3:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Babasını (Bir Fakirin Hatırını)
Cuma Kas. 30, 2012 3:46 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Istatistikler
Toplam 7 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: AyBüke

Kullanıcılarımız toplam 28063 mesaj attılar bunda 19753 konu
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
Sosyal yer imi
Sosyal yer imi Digg  Sosyal yer imi Delicious  Sosyal yer imi Reddit  Sosyal yer imi Stumbleupon  Sosyal yer imi Slashdot  Sosyal yer imi Furl  Sosyal yer imi Yahoo  Sosyal yer imi Google  Sosyal yer imi Blinklist  Sosyal yer imi Blogmarks  Sosyal yer imi Technorati  

www.ay-maral-can.forum-aktiv.com

Sosyal bookmarking sitesinde adresi saklayın ve paylaşın
En bakılan konular
Bir Sarkisin Sen
Azerbaycan Bayragi
Xürremiler Herekatı ve Babek
Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
MEN TELESMİREM Semed Vurgun ..1954
Radyo icin Tema Resimleri Resimler Resim
Murat Yıldırım Burçin Terzioğlu Düğün resimleri
MerHaba MerHaba :)
Hiphop - Rap Müzik Şarkı Sözleri
Yeni Büyük Kalp Gif'leri Arşivi 3, Küçük Kalpler, Küçük Hareketli Kalpler, Küçük PNG Kalpler, Küçük Sayfa süsleme Kalpleri, Minik Kalpler, Kırmızı Minik Kalpler, HAreketli

Paylaş | 
 

 Sevgi nədir?

Önceki başlık Sonraki başlık Aşağa gitmek 
YazarMesaj
Misafir
Misafir



MesajKonu: Sevgi nədir?   Salı Ara. 21, 2010 1:36 am

Sevgi; Yaşanmayacaq qədər gözəl, dərk edilməyəcək qədər sadə, doyulmayacaq qədər doyulmaz duyğudur.
Sevgi; Çiçəklər sinfindən bir bitkidir; Onu gözəlləşdirən sadəcə sevgidir.
Sevgi sabitdir. Qərarsız olan bizlərik. Sevgi güvənlik verir, insanlar xəyanət edər. Sevgiyə güvənilir, insanlara ƏSLA!
Sevgi pislik görəndə azalmayan, yaxşılıq görəndə çoxalmayandır.
Sevgi insana nə yuxarıdan gələn yüksək bir güc, nə də insanlara zorla qəbul etdirilən bir duyğudur.
Sevgi ruhun gözəlliyidir.
Sevgi peşmançılıq duymamaqdır. Çünki o anları istəyərək yaşamısan.
Sevginin ölçüsü; Ölçüsüz sevməkdir.
Sevgi qaranlıqda yandırılan bir şam işığı kimidir. Sizə yolunuzu göstərir amma uzaqda nə olduğunu bildirməz.
Sevgi; Yaşamanın gücüdür.
Sevgi insana güc verir, cəsarət verir, həyata qatılma istəyi verir, yaratma istəyi verir.
Sevgi, insan duyğularının ən gözəli, insana ən yaxınıdır.
Sevgi; Həyatın zənginliyidir və bir gənclik duyğusudur.
Sevmək inanmaqdır.
Sevmək yaşamaqdır.
Sevdiyini özü kimi, özündən də çox sevməkdir.
Sevmək sevdiyi olmaqdır.
Sevməkdə ikili başlayıb, bir olaraq gedilər. İki can, iki qəlb, iki
könül yoxdur sevgidə. Tək bir qəlb olar, tək bir ürək olar.
Sevmək bölüşməkdir. Sevdiyi ilə sevgisini bölüşməkdir. Sevdiyi ilə qəlbini bölüşməkdir. Sevmək ki tək qəlb yaransın.
Sevgidə son yoxdur. Sevginin heç bir zaman sonu olmaz. Bitən sevgilər
yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Sevgidə vaz keçmək də
yoxdur. Yaşandıqca yaşadılar sevilər. Amma bəzən sevgili üçün bəzən isə
sevginin bir gərəyi olaraq saxlanılar bu sevgi. Vaz keçmək yoxdur, vaz
keçmiş kimi görünmək vardır.
Sevməkdə istəmək yoxdur. Sevgilinin
olduğu yerdə bitər bütün istəklər. Bir şey vardırsa istədiyin bu sənin
üçün deyil, sevgili üçün istədiyindir. Ondan onun adına istəyərsən. Onu
daha sonsuzadək sevə bilmək üçün istəyərsən. Sevmə azadlığını istəyərsən
və bunu qəbul etməyini istəyərsən. İstəyərsən amma bir gün gələr bu
istəklər də sona çatar. Özün özündən istəyərsən artıq. Sevdiyini daha
çox sevmək istəyərsən özündən. Əbədi yaşatmaq istəyərsən.
Sevmək həyatının ən mənalı anlarını soruşduqlarında sevdiyinin adını verə bilməkdir.
Sevmək sevdiyini istəməməyi öyrənməkdir. Sevmək sevdiyini sevgili olduğuna görə sevməkdir.
Sevmək; sevmək-sevilmək deməkdir.
Sevmək, gözləməməkdir. Gözləmələrin sona çatdığı bir yerdir. Elə bir
yer ki bütün həqiqətlər, bütün dünya silinər. Nə Ondan başa düşməsini
gözləyərsən, nə də onu başa düşməyi. Nə onun gəlməsini gözləyərsən, nə
də onun Leyli, Məcnun olmağını. Gözlədiyin başqa bir şey yoxdur sevə
bilməyi bacarmaqdan başqa.
Sevmək sevgililərin heç bir sözünə üzülməməyi öyrənmək deməkdir.
Sevmək sevgilidən gələn „öl“ əmrinə belə „ölərəm“ deyə
bilməkdir. Sevmək öz əlləri ilə ürəyini bir bıçağın ucuna qoya
bilməkdir.
Sevmək ölməkdir.
Sevmək, ölməyi bilməkdir.
Sevgili üçün yaşamaqdır. Onun əli, qolu, gözü, ürəyi olmaqdır. Amma
artıq onun bir şeyi olmadığını bildiyin zaman ölməyi bilməkdir! Sevmək, tükənməkdir. Sevməkdən ölərkən təkrar yaşaya bilməkdir.
Sevmək, sevgilinin baxan gözlərinə baxa bilməməkdir. Ağlayan gözlərə nəzakət və təbəssümlə qarşılıq verə bilməkdir.
Sevmək, sevgili olmaqdır. Sevgilinin üzündəki gülüş olmaqdır. Onu yaşadacaq bir damla su olmaqdır.
Sevmək sevgilinin limanı olmaqdır.
Sevmək sevdiyinin canı olmaqdır. Onun ölümü istəyə bilməyəcəyi canı olmaqdır.
Sevmək alov olmaqdır. Yanmaqdır, kül olmaqdır.
Sevmək inanmaqdır.
Sevmək sevgiliyə bir nəfəs kimi, bir səs kimi yaxın olmaqdır. Sevmək
sevgiliyə çox uzaqlarda olsa belə yaşamaq və yaxın olmaqdır.
Yaxınlıqdır, doğmalıqdır sevmək.
Sevmək, yalansız bir həyat,
ölümsüz bir dünyadır. Sevmək, ilk insanın, Həvvanın Adəmin saflığını və
təmizliyini, uşaq mehribanlığını daşıya bilməkdir.
Sevmək, gözyaşı olmaqdır, yağan yağış olmaqdır. Bir payız mövsümünün sarı yarpağı kimi yalnız olmamaqdır.
Sevgilisiz ikən sevgilini sevməkdir.
Sevmək, üşüməkdir. Sevgilinin yoxluğuna üşüməkdir.
Sevmək, sevgiliylə hər şeyə dözə bilməkdir. Sevmək, sevgilinin olduğu
cəhənnəmə getməkdir. Sevgilinin olmadığı Cənnətə də getməməkdir.
Sevmək, sevgilini cənnət eləməkdir.
Sevmək bir olmaqdır.
Sevmək yaşamaqdır.
Sevmək bir başqasının həyatını yaşamaqdır.
Sevmək sevilməyə layiq olmaqdır.
Sevmək sevgilinin baxdığı yerdə, susduğu yerdə olmaqdır.
Sevmək sevgilisiz keçən gecələrdən sabaha çıxa bilməkdir.
Sevmək SEVMƏK olmaqdır.
EŞQ olmaqdır.
EŞQ bir dəfə sevməkdir.
Və ən nəhayət sevmək sevginin özü olmaqdır

alinti
Sayfa başına dön Aşağa gitmek
 
Sevgi nədir?
Önceki başlık Sonraki başlık Sayfa başına dön 
1 sayfadaki 1 sayfası

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
 :: Abartisiz Atis Serbest-
Buraya geçin: