Hosgeldiniz.... AyMaRaLCaN Bilgi Paylasim Platformuna..... Cay Isterseniz ( Hayali Büfe ) Smile Sagda Büfemiz Var Buyurun Bir Bardak Alin Afiyetle Icin Seker Bitmis ise Lütfen Zile Tiklayin Servisimiz Yardimci Olacaktir..... ..Keyifli Seyirler Dilerim Smile Bye ...
Yazar ---- > Wink AyMaRaLCaN



 
AnasayfaGüncel KonularGaleriSSSAramaKayıt OlGiriş yap
En son konular
»  Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Cuma Ara. 14, 2012 7:05 am tarafından AyMaRaLCaN

» Bir Sarkisin Sen
Cuma Ara. 14, 2012 7:03 am tarafından AyMaRaLCaN

» MerHaba MerHaba :)
Cuma Ara. 14, 2012 6:58 am tarafından AyMaRaLCaN

» Azerbaycan Yemekleri,Azerbaycan Yemek Kültürü,Azerbaycan Mutfağı
Cuma Ara. 14, 2012 6:49 am tarafından AyMaRaLCaN

» ORHAN AFACAN SIIRLERI Tas Atan Cocuklar
Cuma Kas. 30, 2012 7:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bu Mezarda Bir Garip Var
Cuma Kas. 30, 2012 3:51 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Bizden Geriler (Gam Kasavet)
Cuma Kas. 30, 2012 3:49 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Benim Hayatım
Cuma Kas. 30, 2012 3:48 am tarafından AyMaRaLCaN

» Aşık Mahzuni Şerif - Babasını (Bir Fakirin Hatırını)
Cuma Kas. 30, 2012 3:46 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Istatistikler
Toplam 7 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: AyBüke

Kullanıcılarımız toplam 28063 mesaj attılar bunda 19753 konu
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
Sosyal yer imi
Sosyal yer imi digg  Sosyal yer imi delicious  Sosyal yer imi reddit  Sosyal yer imi stumbleupon  Sosyal yer imi slashdot  Sosyal yer imi yahoo  Sosyal yer imi google  Sosyal yer imi blogmarks  Sosyal yer imi live      

www.ay-maral-can.forum-aktiv.com

Sosyal bookmarking sitesinde adresi saklayın ve paylaşın
En bakılan konular
Azerbaycan Bayragi
Çok Güzel Kalp Resimler,i Güller ve Kalpler,
Türkmenistan (3) - Türkmen İsimleri
Xürremiler Herekatı ve Babek
Acilinden Kaciyorum ...Görüsmek Umudu Ile <---- Bye
Bir Sarkisin Sen
MEN TELESMİREM Semed Vurgun ..1954
Radyo icin Tema Resimleri Resimler Resim
MerHaba MerHaba :)
ŞİİR DİNLETİSİ SUNU METNİ

Paylaş | 
 

 Ümid cırağı Süleyman Sani Axundov .: Hekayələr

Aşağa gitmek 
YazarMesaj
AyMaRaLCaN
Admin
avatar

Üyelik tarihi : 11/06/08

Mesaj Sayısı : 12267

Rep Gücü : 29249

Rep Puani : 235


MesajKonu: Ümid cırağı Süleyman Sani Axundov .: Hekayələr   Salı Ağus. 23, 2011 9:33 am

Ümid cırağı Süleyman Sani Axundov .: Hekayələr

Ümid cırağı

İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yanında özü kimi balaca bağçalı bir evdən bir işıq gəlirdi. Pəncərədən çırağın zəif şöləsi bağçaya düşərək oranın zəngin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvrıcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüz edirdi.
Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.
-Bu nə uşaqlıqdır? - deyə gənc pəncərəni qapayır və sonra əvvəlki yerini turaraq, özlərini şöləyə atan pərvanələrə baxır: - bu heyvancıqlar qaranlığı sevməzlər. Gör necə özlərini oda atırlar? Nə qədər işığa məftun bir məxluq, - deyə söylənirdi. Bu zaman nəzəri masanın üstə durmuş cib saatına sataşır.
-Ah, gecəyarıdan keçmiş, lakin mən hazır deyiləm. Sabah son imtahanlırımı verəcəyəm. Orta təhsilimi bitirmək bu gecəki səy və qeyrətimə bağlıdır. Atam yox, mənə yardım edəcək kimsəm yox, öz nicat və səadətim öz əlimdədir. Səy və qeyrət lazımdır. Sabah orta məktəbi bitirib ali məktəbə girəcəyəm. Orada bir neçə il təhsil alıb həkim olacağam, vətənim üçün mənfəətli bir üzv olacağam. Zavallı anamı məişətin bu ağır zəhmət və əziyyətindən xilas edəcəyəm.
Əlilə o biri otağa işarə edərək:
-Yat, anacığım, rahat ol və gələcək səadətimizə də inan, - deyə yenə də mütaliəyə başlayır.
Gəncin zənni yanlış idi, zavallı qadın bir neçə saat işlədikdən sonra rahat olmaq istədisə də yata bilmədi. Gözlərini oğlunun qapısına dikərək uzun və dərin fikrə getmişdi. Ağır, qaragünlü məişəti birər-birər gözlərinin önündən gəlib keçdi. Budur, on səkkiz yaşında bir qız ikən özü kimi bir zəhmətkeşə arvad oldu. Içərisində yaşadığı evə sahib oldu. Övlad arzusu çəkərək bir gözəl oğula ana oldu.
Ah, nə böyük bir səadət. Lakin rəhmsiz fələk tezliklə bu səadəti yasa döndərdi. Bir il bəxtiyar yaşadıqdan sonra istəkli əri xəstə düşüb vəfat etdi. Onu biryaşlı uşaq ilə sahibsiz qoydu. O gündən bədbəxt ana çalışır, sel tək göz yaşları tökür, lakin körpə oğluna baxdıqca ağır məişətini unudur, beşiyini yırğalayarkən deyirdi:
-Yat, oğlum, yat, yat ümid çırağım, yat, cəmi səadətimi, cəmi ömrümü sənin uğrunda sərf etməyə and içirəm.
Qeyrətli ana bu müqqədəs vəzifəsini çox gözəl ifa etdi. Oğlunu böyütdü, oxutdu, bu yaşa yetirdi. Indi təhsilini bitirmək üçün övladı çalışır, zəhmət çəkir. Onun incə ana qəlbi sıxılır, övladının əziyyətinə razı olmayır, onun zəhmətlərinə dözə bilməyirdi. Lakin bu zəhmətin ona səadət qapısını açacağını da gözəlcə düşünürdü.
Ən artıq sıxılacaq bir şey varsa, o da oğlunun məktəbə getmək məsələsidir ki, bir neçə il bir-birindən ayrı düşəcəklərdi, bu isə ona qeyri-mümkün bir imtahan görünürdü. Yazıq ananın qəlbini hər dəqiqə deşən, onu rahat buraxmayan bir məsələ vardı. O da bir il bundan əqdəm ərinin qohumlarından biri dalaşarkən bir cavanı öldürməsi idi. Düşmənləri qatilin həbsə alınıb sürgün edilməsinə iktifa etmək istəməyirdilər. Qana qan etmək fikri bəsləyirdilər. Bu səbəbdən zavallı qadın bu ili daima qorxu içərisində yaşayır, oğlunu gözlərindən iraq buraxmaq istəməyirdi.
Gecə keçər, oğlu yatmaz, ana axır səbir etməyib qalxar, şala bürünər, oğlunun otağına girər; övladının başını qucub, qıvrıcıq saçlarından öpər.
-Ana, nə üçün durdun?
-Oğul, yata bilmədim. Qəlbimdə bir qorxu, bir iztirab hiss edirəm. qorxuram sənə düşmən tərəfindən bir xətər toxuna.
-Anacığım, xof və iztirabın əsilsizdir. Öz otağımda, gözünün önündə dərs oxuyuram. Mənə nə ola bilər? Mən bir məktəbliyəm, kimsə ilə də düşmənçiliyim yox, arxayın ol, mənə heç bir kimsə tərəfindən xətər toxunmaz, get, ana, rahat ol.
-Bəs sən, oğlum yatmayacaqsan? Oxuduğun yetər, dur, sən də rahat ol, çırağı söndür.
-Yox, ana, səhəri açsam da sabahkı imtahanlarımı hazır etməliyəm. Maraq etmə, bir gecəni yatmamaqla mənə heç bir şey olmaz, lakin bir ilimi qayib etmək, hər ikimiz üçün fayda verməz. Indi daha mənə mane olma, - deyə gənc kitab oxumağa başlayır, anası da otağına çəkilir.
Bir saat belə keçir. Qəflətən bir tüfəng açılıb dağlara səda salır, dərin sükutu pozur. Ikinci bir qadın çığırtısı bu sədaya cavab verir, yatmış qonşuları oyadır. Gənc tələbə yerə sərilir. Bir saat bundan əqdəm böyük ümidlər bəsləyən gənc, bir qəddar düşmənin, rəhmsiz düşmənin gülləsinə qurban oldu.
Sahibsiz ananın ümid çırağı söndü... Yenə zülmət, yenə dərin sükunət... lakin balaca otaqdan:
-Yox, oğlum, sən ölməmisən, ancaq yatmısan. Yat, ümidim, rahat ol, sabah yenə duracaqsan, imtahanlarını verəcəksən, anacığını bəxtiyar edəcəksən...
Həzin qəlbləri oxşayan oxşama sədası gəlirdi.



1923

alinti





Sayfa başına dön Aşağa gitmek
Kullanıcı profilini gör http://ay-maral-can.forum-aktiv.com
 
Ümid cırağı Süleyman Sani Axundov .: Hekayələr
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
 :: Azerbaycan Ədəbiyyati-
Buraya geçin: